Toyda bədbəxt hadisə: inək oğlanı sürüdü

Toyda bədbəxt hadisə: inək oğlanı sürüdü
  30 Avqust 2015    Oxunub:3871
Xudatın Maxsud kəndində toy mərasimi zamanı bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, 1995-ci il təvəllüdlü kənd sakini Bilalov Laçın Elçin oğlu saxladıqları inəyin onu özü ilə sürüməsi nəticəsində xəsarət alıb.

Sözügedən kənddə toydan bir gün öncə inəklərdən biri kəsilib. Toy günü isə həyətə yaxınlaşmaqda olan inəklər qəfil çalınan zurna səsindən hürkərək qaçmağa başlayıb. Bu zaman toy sahibinin oğlu Laçın Bilalovun ayağı inəklərdən birinin boynundakı kəndirə ilişib və heyvan onu təqribən 1 km məsafədə özü ilə sürüyüb.

Hadisə nəticəsində zərərçəkən döş qəfəsinin arxa səthinin sol saidi, sağ əlin ovuc səthi, həmçinin iki ayaq, iki qol, üz və digər nayihələrin əzilmiş-sıyrılmış yaraları ilə xəstəxanaya yerləşdirilib.


Teqlər:  





Xəbər lenti