Karateçilərimiz 8 medal qazandı

Karateçilərimiz 8 medal qazandı
  23 Avqust 2015    Oxunub:1958
Azərbaycan karateçiləri İranda 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vurublar.
AzVision.az - ın Azərbaycan Karate Federasiyasına istinadən verdiyi məlumata görə, Urmiyada keçirilən Urmiya Kubokunda əvvəlcə yeniyetmə və gənclərin yarışına qatılan idmançılardan Roman Heydərovla Həsən Rüstəmov (16-17 yaşlılar) kata yarışlarının finalında görüşüblər.
Daha təcrübəli R.Heydərov turnirin qalibi olub. Hümmət Baxşəliyev (- 57 kq) isə yeniyetmələr arasında çempion olub.

Yeniyetmələrdən Əli Quliyev (- 70 kq), 16-17 yaşlı gənclərdən Mircəlal Ələsgərov (- 55 kq), Elcan Məmmədrzayev (- 61 kq), İsa Məmmədov və Murad Balakişiyev (hər ikisi - 68 kq) isə bürünc mükafata sahib olublar. Bu nəticə ilə yeniyetmə və gənclərdən ibarət Azərbaycan komandası 8 ölkə arasında İrandan sonra 2-ci yeri tutublar.

Küveyt, Əfqanıstan, Türkiyə, Fransa və İraqın əsas komandalarının da qatıldığı Urmiya Kubokunda ikinci yarış günü böyüklər arasında fərdi və komanda görüşləri olacaq. Ümumi mükafat fondu 30 min dollar olan turnirin fərdi döyüşlərindən əlavə, Azərbaycan 2 kumite və 1 kata komandası ilə də təmsil olunacaq. Turnirdə əsas milli komandanın bir neçə üzvü və əvəzedici heyətin idmançıları iştirak edir.

Karateçilər ayın 23-də vətənə dönəcəklər.


Teqlər:





Xəbər lenti