Tıxaca görə məktəblərdə dərs vaxtı dəyişdirilə bilər - Rəsmi

Tıxaca görə məktəblərdə dərs vaxtı dəyişdirilə bilər - Rəsmi
  19 Avqust 2015    Oxunub:4942
“Nazirlər Kabinetinə nəqliyyatın sıxlığı yüksək olan ərazilərdə yerləşən orta məktəblərdə ibtidai siniflərlə yuxarı siniflərdə dərslərin başlanmasında fərqin olması ilə də bağlı təklif göndərmişik.
Yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub”. AzVision.az - ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

O, bildirib ki, müəyyən qədər vaxtın sürüşməsi ilə həm orta məktəbə gedən şagirdlərin miqdarı nisbətən zamana görə dəyişəcək: “Həm də bu addım o şagirdləri məktəbə gətirən nəqliyyat vasitələrinin sayının pik zamanda azalmasına imkan verir. Məktəb ətrafında avtomobillərin toplanıb sıxlıq yaradıb bütövlükdə küçədə tıxac əmələ gələ bilməsinin də qarşısı bu tədbirlə alınacaq”.

Sektor müdiri əlavə edib ki, Nazirlər Kabinetinin yekun qərarından sonra, qərarın icrası təhsil müəssisələrində yeni tədrisi ilindən həyata keçiriləcək. S. Gözəlov valideynləri ibtidai sinifdə oxuyan övladlarını ictimai nəqliyyatdan istifadə edərək məktəbə gətirmələrini tövsiyə edib.


Teqlər:  





Xəbər lenti