“Cavid Hüseynov evə buraxıla bilər”- Vəkil

“Cavid Hüseynov evə buraxıla bilər”- Vəkil
  14 Avqust 2015    Oxunub:3278
Bu gün "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun həbsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Belə ki, onun vəkili Adəm Məmmədov həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatət vermişdi. Futbolçunun vəkili Adəm Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu gün keçirilən iclasda həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Vəkil qeyd edib ki, yaxın günlərdə futbolçu barəsində çıxarılan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldıracaq.

Xatırladaq ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı futbolçu Cavid Hüseynov barəsində Sabayel Rayon Məhkəməsi 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti