Güləşçimiz erməninin kürəyini yerə vurdu

Güləşçimiz erməninin kürəyini yerə vurdu
  10 Avqust 2015    Oxunub:3353
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.
Proqrama əsasən, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. İlk yarış gününü güləşçilərimiz 1 qızıl və 3 bürünc medalla başa vurub. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

42 kq-da təmsilçimiz Əsgər Məmmədəliyev mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub.

50 kq çəkidə mübarizə aparan İslam Bazarqanov bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib. Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Bazarqanov Avropa çempionatının qızıl medalını qazanıb.

58 kq-da çıxış edən təmsilçimiz Geriya Qadisa Estoniya və Rumıniya güləşçilərinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşüb. Polşa təmsilçisinə də heç bir şans verməyən idmançımız Avropa çempionatının bürünc medalına sahib olub.

69 kq-da mübarizə aparan İsmayıl Abdullayev ilk görüşdə Belarus idmançısına qalib gəlsə də, Gürcüstanlı rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu şansı müsbət dəyərləndirən İsmayıl Türkiyə və Yunanıstandan olan rəqiblərini üstələyib. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Bolqarıstan idmançısı olub. Görüşü öz xeyrinə tamamlayan İsmayıl Abdullayev Avropa çempionatının bürünc medalına yiyələnib.

85 kq çəkidə yarışan Rahid Həmidli ilk görüşdə Macarıstandan olan rəqibini məğlub edib, Türkiyə təmsilçisinə isə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Moldova təmsilçisi üzərindəki qələbə ilə Rahid bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz qələbəni son saniyədə əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.

42 kq

1/8 final - Arturs Karabans (LAT) - Əsgər Məmmədəliyev 4:15

1/4 final - Razmik Papikyan (ARM) - Əsgər Məmmədəliyev 2:4

1/2 final - Kara Doğan (TUR) - Əsgər Məmmədəliyev 8:4

Bürünc medal görüşü - Kristian Brzezinski (POL) - Əsgər Məmmədəliyev 0:10

50 kq

1/8 final - İslam Bazarqanov - Qriqorian Narek (GRE) 10:0

1/4 final - İslam Bazarqanov - Enrik Bataille (FRA) 8:0

1/2 final - İslam Bazarqanov - Ertuğrul Kahveci (TUR) 15:2

FİNAL - Petru Craciun (MDA) - İslam Bazarqanov 0:10

58 kq

1/8 final - Geriya Qadisa - Marek Kett (EST) 10:0

1/4 final - Geriya Qadisa - Norbert Molnos (ROU) 10:0

1/2 final - Geriya Qadisa - Aleko Lomidze (GEO) 4:6

Bürünc medal görüşü - Kristian Piskorz (POL) - Geriya Qadisa 0:10

69 kq

1/16 final - İsmayıl Abdullayev - Vadim Kalatsei (BLR) 9:0

1/8 final - İsmayıl Abdullayev - İveriko Julakidze (GEO) 5:6

Təsəlliverici görüş - İbrahim Çağlayan (TUR) - İsmayıl Abdullayev 2:3

Təsəlliverici görüş - İsmayıl Abdullayev - Teodoros İdsifidis (GRE) 4*:4

Bürünc medal görüşü - İsmayıl Abdullayev - Can Bekir (BUL) 10:4

85 kq

1/8 final - Rahid Həmidli - Patrik Szurovski (HUN) 3:1

1/4 final - Rahid Həmidli - Seyyar Nail (TUR) 7:9

Təsəlliverici görüş - George Erhan (MDA) - Rahid Həmidli 1:3

Bürünc medal görüşü - Rahid Həmidli - Beka Tçelidze (GEO) 3:5


Teqlər:





Xəbər lenti