`Formula-1` hazırlığı: Bakı trası yoxlanılacaq

`Formula-1` hazırlığı: Bakı trası yoxlanılacaq
  05 Avqust 2015    Oxunub:1848
Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinin təşkilatçısı Baku Grand Prix MMC-nin başçısı Arif Rəhimov nüfuzlu AutoSport.Com resursuna bildirib ki, hazırda Bakı trasının FİA (Beynəlxalq Avtomobil Federasiyası) tərəfindən təftişi gözlənilir.

- Biz hələ trasda kiçik dəyişikliklər etməliyik. Bu məsələ hələ müzakirə olunur və dəyişikliklər hələ təsdiq olunmayıblar. Biz yarışın keçirilməsi üçün qoruyucu baryerlərin zəruri sayının azaldılmasına çalışırıq ki, onları həm quraşdırmaq, həm də sökmək asan olsun. Trasın konfiqurasiyası baxımından hər şey razılaşdırılıb. Biz trasın layihəsini təftiş üçün FİA-ya göndərmişik, amma hələ cavab almamışıq. Tras hələ təftiş olunmayıb. Amma biz tam əminik ki, hər şey normal olacaq. Əgər biz nəyisə də dəyişməli olsaq belə, trasın ümumi konfiqurasiyası dəyişməyəcək,- deyə o, bildirib.

"Formula 1 Azərbaycanda" saytı (www.F-1.az) AutoSport.Com-a istinadən bildirir ki, Arif Rəhimov avtodrom işçilərinin yarışa hazırlığından da danışıb: `Hazırda biz bir çox avtoidman federasiyalarının nümayəndələri ilə danışıqlar aparırıq ki, marşalların hazırlığı və məşqləri ilə məhz onlar məşğul olsunlar. Marşallar tras boyu xüsusi nöqtələrdə dayanırlar və yarışın statusu barədə sürücüləri bayraqlarla xəbərdar edirlər. Düşünürəm ki, yaxın aylarda bu məsələ öz həllini tapacaq. İlk iki il ərzində bizə hansısa avtoidman federasiyasının köməyi lazım olacaq. Ümid edirəm ki, ilin sonuna bizim rəsmi işçi və marşallardan ibarət güclü komandamız formalaşacaq`.


Teqlər:





Xəbər lenti