`Asudə vaxtından düzgün istifadə et`

`Asudə vaxtından düzgün istifadə et`
  17 İyul 2015    Oxunub:2623
Uşaq Mənafələrinin Müdafiəsi İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının dəstəyilə "Asudə vaxtından düzgün istifadə et" adlı düşərgəsini təşkil edir.
Düşərgə 20 iyul 2015-ci ildən 25 iyul 2015-ci il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “Kardinal” İstirahət Mərkəzində keçiriləcək. Düşərgədə iştirak edənlər müsahibə yolu ilə müəyyən ediləcək. İştirak emək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.

1. Şəxsiyyət vəsiqəsi

2. Sağlamlıq haqqında arayış (müsahibədən uğurla keçənlər üçün)

3. Yetkinlik yaşına çatmayanlara valideynlərin razılığı (müsahibədən uğurla keçənlər üçün, yazılı şəkildə)

4. Şəkil ¾-də

5. Anket (anketi layihə rəhbərindən əldə etmək olar)

6. Tibb anketi (anketi layihə rəhbərindən əldə etmək olar)

Düşərgədə asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı müxtəlif təlimatlar keçiriləcək. Düşərgədə iştirak etmək istəyənlər 18.07.2015-ci il tarixinədək layihə rəhbəri Mətanət Manafovaya (051-746-80-06) müraciət edə bilərlər. İştirakçıların sayı məhduddur.


Teqlər:





Xəbər lenti