“İsrailli cüdoçu Azərbaycana dəvət olunmayıb” - TƏKZİB

“İsrailli cüdoçu Azərbaycana dəvət olunmayıb” - TƏKZİB
  07 İyun 2013    Oxunub:1311
Azərbaycan Cüdo Federasiyası təkzib yaydı
Bir çox mətbuat səhifələrində Azərbaycan Cüdo Federasiyasının İsrail cüdoçusu Elis Şlezingeri milli yığma komandaya dəvət etdiyini və bu təklifin cüdoçunun Bakıya səfəri zamanı baş tutduğunu bildirirlər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AzVision .az-a bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Grand Slam” beynəlxalq cüdo turnirindən sonra keçirilən təlim-məşq toplantısında bir sıra ölkələrin cüdoçuları o cümlədən İsrail idmançıları da iştirak etmişlər. Azərbaycan Cüdo Federasiyası tərəfindən Elis Şlezingerə milli komandaya dəvətlə bağlı heç bir təklif edilməyib və gələcək planlarda da nəzərdə tutulmayıb.

Bir daha KİV və mətbuat nümayəndələrindən Azərbaycan cüdosu ilə bağlı məlumatları yayarkən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinad etmələrini xahiş edirik.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti