Kolleclərə ixtisas seçimi avqustda başlayacaq

 Kolleclərə  ixtisas seçimi avqustda başlayacaq
  17 İyul 2015    Oxunub:3044
Azərbaycanda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 14-dən avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının yeni nəşr edilən 5-ci sayında orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11-illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət İmtahan Komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu qəbul imtahanının nəticələrinə əsasən aparılır. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 14-dən avqustun 19-dək internet vasitəsilə aparılacaq. Elektron ixtisas seçimi edib ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar .

Tam (11- illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti