Rövnəq Abdullayev Türkiyəyə “yox” dedi

Rövnəq Abdullayev Türkiyəyə “yox” dedi
  05 İyun 2013    Oxunub:1580
Azərbaycan Futbol Federasiyanın prezidenti Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyanın Super Kubok final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı müraciətinə yox deyib.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, R.Abdullayev avqustun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan komandalarının oynayacaqlarını bildirib. “Öz klublarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələsi gündəmə gəldiyi üçün məcburən Türkiyəyə mənfi cavab verdik”-deyə, AFFA-nın prezidenti qeyd edib.

Super Kubokun oynanacağı gün xeyli sayda Azərbaycana “Qalatasaray” və “Fənərbaxça” tərəfdarlarının gələcəyi, təhlükəsizlik probleminin olması və buna görə də Azərbaycanın rədd cavabı verməsi məsələsinə də toxunan Rövnəq Abdallayev bu iddiaları rədd edib: ““Qalatasaray” və “Fənərbaxça” klublarının əzəli rəqabətindən və bu rəqabətin azarkeşlərə necə təsir etdiyindən xəbərdarıq. Amma bizim qərarımızla bunun heç bir əlaqəsi yoxdur. Təhlükəsizlik məsələsi ilə bağlı Azərbaycanın problemi yoxdur. Yeganə səbəb odur ki, öz komandalarımız həmin gün qarşı-qarşıya gələcək. Və bu da Super Kubokun oynanacağı günlə üst-üstə düşür”

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Super Kubok finalının Azərbaycada keçirilməsi üçün AFFA-ya müraciət edib. AFFA-nın informasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu bu oyunun Bakıda keçirilməsindən qürur duyacaqarını bildirmişdi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti