TQDK-dan abituriyentlərə xəbərdarlıq

TQDK-dan abituriyentlərə xəbərdarlıq
  25 İyun 2015    Oxunub:4456
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə xəbərdarlıq edib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə abituriyentlər bu gündən etibarən imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Komissiyadan onu da bildiriblər ki, 2 iyul tarixində keçiriləcək imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi" ni çap edə bilərlər.

Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün

https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkinə daxil olmaq lazımdır.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9-illik) və tam orta (11-illik) təhsil bazasından və ali təhsil müəssisələrinin 5-ci qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər isə "İmtahana buraxılış vərəqəsi"ni https://eservices.tqdk.gov.az/brxvtex/?frm=egov linkinə daxil olmaqla çap etməlidirlər.

Nəzərinizə çatdıraq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi" ni mütləq özünüzlə gətirməlisiniz.

Azvision.az


Teqlər:





Xəbər lenti