Ləmandan İlkinə cavab: “Get, bozbaşını bişir!”

Ləmandan İlkinə cavab: “Get, bozbaşını bişir!”
  22 May 2015    Oxunub:11143
Ans telekanalı ilə ATV arasında “Mətanət qalmaqalı” davam edir.
Aparıcı İlkin Həsəninin Ans telekanlı ilə bağlı Facebook səhifəsində yazdığı təhqir dolu statusa Ans-in efirində Mətanət Əliverdiyeva ilə bağlı yayımlanan süjetin müəllifi Ləman Ələşrəf qızının cavabı gecikməyib. O İlkin Həsəniyə belə cavab verib: “Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin, bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun”.

Qeyd edək ki, Ans telekanalında ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyeva ilə bağlı efirə gedən tənqidi sujet qarşı tərəfin etirazına səbəb olub.

Tanınmış aparıcı İlkin Həsəni “14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyini görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm. TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!”-deyə Ans-ə cavab verib.

AzVision.az


Teqlər:





Xəbər lenti