Millimiz yoldaşlıq oyununda sülh bağladı

  29 May 2013    Oxunub : 370
Millimiz yoldaşlıq oyununda sülh bağladı
Millimiz son dəqiqələrdə vurduğu qolla heç-heçəni qazanıb.
Bu gün Azərbaycan futbol millisi yoldaşlıq oyunu keçirib.
AzVision.az-ın məlumatına görə, millimiz Doha şəhərində Qətər yığması ilə qarşılaşıb. Qətər yığmasının 33 dəqiqədə vurduğu qola, millimiz 89-cü dəqiqədə vurduğu qolla cavab verib. Bununlada qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu oyun millimizin 2013-cü ildə üçüncü yoxlama matçı olub. Bundan öncə komandamız Özbəkistan (0:0) və Lixtenşteyn(1:0) komandaları ilə qarşılaşmışdı.

Xatırladaq ki, hazırda Qətər yığması dünya reytinqində 101-ci, Azərbaycan isə 120-ci yeri tutur. Bundan başqa bu oyun hazırlıq məqsədilə keçirilirdi. Belə ki, millimiz iyunun 7-də Bakıda Lüksemburqla DÇ-2014-ün seçmə oyununu keçirəcək.

21.15. Qətər – Azərbaycan - 1:1

AzVision.az

Teqlər: