Ali məktəblərdə pulsuz təhsil alanların sayı artacaq
29 May 2013
Oxunub:1123
Bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu planında dəyişiklik olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu planında dəyişiklik olacaq.
“Belə ki, əgər 2012/2013-cü tədris ilində 10906 yer nəzərdə tutulmuşdusa, 2013-2014-cü tədris ilində 11287 yer nəzərdə tutulub”.