"Neftçi" kubokun qalibi oldu - VİDEO

"Neftçi" kubokun qalibi oldu - VİDEO
  29 May 2013    Oxunub:1471
Penaltilər seriyasında "Neftçi" 4:3 hesabı ilə qalib gələrək "qızıl dubl"a imza atıb.
Azərbaycan kubokunun final oyunu keçirilib.

AzVision.az-ın məlumatına görə, Azərbaycan kubokunun final matçında "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşıb. "Böyük oyun" adlanan bu qarşılaşma rəqiblər arasında 28-ci duel olub. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bugünkü qarşılaşma həm də bu komandalar arasında ilk final oyunu olması ilə əlamətdar olub.

Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtında hesab açılmayıb. Bundan sonra əlavə vaxta ehtiyac olub. Əlavə olunan vaxt ərzində də komandalardan heç biri fərqlənə bilməyib. Belə olduğu halda penaltilər seriyası başlayıb. Burada üstün olan "Neftçi" 4:3 hesabı ilə qalib gələrək "qızıl dubl"a imza atıb. Bununlada onlar cari mövsümdə həm çempion, həmdə kuboku sahibi olublar.



AzVision.az



Teqlər:  





Xəbər lenti