TQDK abituriyentlərə müraciət edib

TQDK abituriyentlərə müraciət edib
  08 May 2015    Oxunub:2194
TQDK ümumi orta (9-illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Abituriyentlər ümumi qaydada elektron ərizələrini rəsmiləşdirdikdən sonra tələb olunan sənədləri (siyahı “Abituriyent” jurnalının 3-cü nömrəsində verilib) mayın 20-dən iyunun 2-dək saat 09-dan 17-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) TQDK-nın aşağıda göstərilən müəssisələrdə yaradılan Qeydiyyat komissiyalarına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir.

Bakı şəhəri- Azərbaycan Memarlıq və İnşaat Universiteti (A. Sultanova küçəsi 11, İdman Korpusu, Bakı Dövlət Universiteti ilə üzbəüz)
Naxçıvan şəhəri- TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Nizami küçəsi, 10)
Gəncə şəhəri- Azərbaycan Texnologiya Universiteti (Şah İsmayıl Xətai prospekti, 103)
Şəki şəhəri- TQDK-nın Şəki Regional Bölməsi (M. Ə. Rəsulzadə prospekti, 182. Şəki Şəhər Bələdiyyəsinin binası)
Lənkəran şəhəri- TQDK-nın Lənkəran Regional Bölməsi (H. Aslanov xiyabanı, 52)
Xaçmaz şəhəri- TQDK-nın Xaçmaz Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 7b)
Ağcabədi şəhəri- M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey (Faiq Əlizadə küçəsi, 1)
Şirvan şəhəri- TQDK-nın Şirvan Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 19)
Göyçay şəhəri- TQDK-nın Göyçay Regional Bölməsi (Rauf İsayev küçəsi, 43)


Teqlər:





Xəbər lenti