Kemeron seçkidə qalib gəldi - İlkin nəticələr

Kemeron seçkidə qalib gəldi - İlkin nəticələr
  08 May 2015    Oxunub:1616
Böyük Britaniyada keçirilən parlament seçkilərində səslərin artıq 80%-i sayılıb.
AzVision.az xəbər verir ki, ilkin hesablamalara görə, hazırkı baş nazir Devid Kemeronun liderlik etdiyi Mühafizəkarlar Partiyası seçkidə öndədir.

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın daxil olduğu Birləşmiş Krallığın 650 bölgəsindən 526-da artıq səslər sayılıb.

İlkin nəticələr belədir:

Mühafizəkarlar Partiyası – 235
Əməkçi Partiyası – 208
Milli Şotland Partiyası – 55
Demokratik Birlik Partiyası – 8
Liberal Demokratlar Partiyası – 6
Digər partiyalar – 14 bölgədə qalib gəlib.

Qanunlarına görə, partiya hökuməti formalaşdırmaq 326 mandat almalıdır. Mühafizəkarlar Partiyası isə 325 mandat əldə edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti