Erməni baş nazir Metsamor AES-də

Erməni baş nazir Metsamor AES-də
  07 May 2015    Oxunub:1641
Ermənistan baş naziri Ovik Abramyan ötən gün Metsamor Atom Elektrik Stansiyası (AES) baş çəkib.
Bu barədə AzVision.az Erməni KİV-nə istinadən xəbər verir.

Baş nazir AES-in fəaliyyəti, həmçinin onun istismar müddətinin, təhlükəsizlik səviyyəsinin artırılması istiqamətində görülən işlərlə tanış olub.

Ermənistan parlamentində bu ölkənin Türkiyə ilə sərhəddindən 16 kilometr uzaqlıqdakı stansiyanın istifadə müddətinin 2026 ilə qədər uzadılması barədə Rusiya ilə əməkdaşlıq müqaviləsi təsdiq edilib.

Müqaviləyə görə, Rusiyanın “Rosatom” şirkəti Ermənistanın enerji ehtiyacının 40 faizini təmin edən stansiyanın ümumi təmir və avadanlıq dəyişikliyinə məsul olacaq, eyni zamanda kadr yetişdirmə işlərini də aparacaq.

Paytaxt İrəvanın 32 kilometr qərbində yerləşən stansiya 1970-ci ildə inşa edilib. Bölgədə 1988-ci ildə baş verən və 25 min adamın ölümünə səbəb olan zəlzələdən bir il sonra stansiya təhlükəsizlik səbəbi ilə bağlanıb. 1995-ci ildə yenidən açılan stansiya, o vaxtdan bəri fasiləsiz çalışır.

Qeyd edək ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) region üçün real təhlükədir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti