358 azərbaycanlı Gürcüstana buraxılmadı

358 azərbaycanlı Gürcüstana buraxılmadı
  07 May 2015    Oxunub:2383
Bu ilin ilk üç ayı ərzində 358 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.
AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin DİN-in İnformasiya – Analitika departamenti xəbər yayıb.

Məlumata əsasən ilk üç ayda 3 min 41 xarici vətəndaş ölkəyə buraxılmayıb. Ölkəyə buraxılmayan vətəndaşların sayına görə, ilk pillədə Türkiyə, ikinci pillədə isə Azərbaycan gəlir.

Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan sərhədçiləri 1,509 Türkiyə, 224 Ermənistan, 143 İran, 98 Özbəkistan və 95 Hindistan vətəndaşını ölkəyə buraxmayıb.

Məlumata əsasən, ilin ilk üç ayı ərzində 379 Azərbaycan vətəndaşı viza rejimini pozub. Ümumilikdə departament tərəfindən 2 min 697 sərhəd pozuntusu qeydə alınıb.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti