Təqaüdlərlə bağlı dəyişiklik ediləcək

Təqaüdlərlə bağlı dəyişiklik ediləcək
  06 May 2015    Oxunub:3708
Azərbaycanın Təhsil Nazirliyi ali təhsil sistemində dövlət sifarişi əsasında oxuyan tələbələrə təqaüdin ödənilməsi sisteminin dəyişdirilməsini təklif edən yeni mexanizm hazırlayıb.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, mövcud təhsil sisteminə uyğun olaraq, ali məktəbə qəbul üçün imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir. İmtahanda yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində ( bakalavriat səviyyəsində) qeyti- kafi qiymətlər almamaq şərti ilə təqaüd almaq imkanı qazanırlar: "Beləliklə, biz bir dəfə keçirdiyimiz bilik ölçməsi əsasında 4 il ərzində tələbəyə dövlət tərəfindən təqüdün verilmədi barədə qərar veririk. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən məsələlər var. Təhsil prosesi də rəqabətli olmalıdır, çünki bu, daha yüksək nəticələrə gətirib çıxarır".

M.Cabbarov bildirib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə təqaüdü fərqləndiririk. Yeni mexanizmə əsasən, tələbə dövlət tərəfindən təhsil haqqının ödənilməsi hüququnu əldə etsə də, onun hər ay təqüd alıb-almamasını təhsil prosesi, tələbənin akademik nailiyyətlər göstərəcək.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti