Sınaq imtahanının nəticələrini açıqlandı

Sınaq imtahanının nəticələrini açıqlandı
  06 May 2015    Oxunub:2459
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.
TQDK-dan AzVision.az-a verilən xəbərə görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49994 abituriyentdən 3181 nəfəri imtahana gəlməyib.

Qaydalara zidd hərəkətlərə yol verdikləri üçün 11 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46802 abituriyentin imtahan nəticələri yerləşdirilib.

IV qrup üzrə 1 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti