Hindistan prezidenti Moskvaya parada gedir

Hindistan prezidenti Moskvaya parada gedir
  06 May 2015    Oxunub:1691
Hindistan prezidenti Pranab Mukerdci Moskvada mayın 9-u Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
“Bizim prezident Pranab Mukerdci Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək. O, mayın 7-i Moskvada olacaq və mayın 10-an qədər bayram tədbirlərində iştirak edəcək. Təbii ki, mayın 9-u Qələbə paradında iştirak edəcək”, - Hindistan səfirliyinin mətbuat katibi Amarendra Parida bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Yaponiyanın baş naziri Sindzo Abe, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti