Ərdoğan da Putinə `yox` dedi

Ərdoğan da Putinə `yox` dedi
  05 May 2015    Oxunub:3417
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Moskvada təşkil olunacaq hərbi paradda Türkiyəni bu ölkənin səfiri Ümit Yardım təmsil edəcək.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya lideri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Yaponiyanın baş naziri Sindzo Abe, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti