Azərbaycan kubokunun finalı-"Neftçi"-"Xəzər Lənkəran"

Azərbaycan kubokunun finalı-"Neftçi"-"Xəzər Lənkəran"
  28 May 2013    Oxunub:1538
Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
AzVision.az xəbər verir ki, "Böyük oyun" adlanan bu qarşılaşmada "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşacaq. Bununlada Azərbaycan kubokunun sahibi bəlli olacaq və 2012/13 mövsümünə yekun vurulacaq. Bu mövsüm "Neftçi" ölkə çempionu olduğu halda "Xəzər Lənkəran" çempionatı 9-cu yerdə tamamlayıb. Buna baxmayaraq bu komandalar arasında hər zaman prinsipial oyun olduğundan, kimin qalib olacağını demək çətin olar. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Xatırladaq ki, bu oyun rəqiblər arasında 28-ci qarşılaşma olacaq. Bu oyuna qədər olan görüşlərin 11-də qalib müəyyənləşməyib. Digər tərəfdən komandaların hər biri 8 dəfə qalib gəlməyi bacarıb. Bugünkü final matçı komandalar arasında ilk final oyunu olması ilə əlamətdardır.

Azərbaycan kuboku, final oyunu

28 may

20:00. "Neftçi" - "Xəzər Lənkəran"

AzVision.az


Teqlər:





Xəbər lenti