“Ərdoğanı dindən çox pul maraqlandırır” - Orhan Pamuk

“Ərdoğanı dindən çox pul maraqlandırır” - Orhan Pamuk
  01 May 2015    Oxunub:2352
Türkiyəli yazıçı, Nobel laureatı Orhan Pamuk bəyan edib ki, Türkiyə rəhbərliyində yüksək vəzifələri tutan islamçıları dindən çox pul maraqlandırır.
AzVision.az xəbər verir ki, bu barədə Pamuk Almaniyanın “Die Ziet” nəşrinə müsahibəsində bildirib.

“Türkiyə islamçıları – bir qayda olaraq cəmiyyətin aşağı təbəqəsindən çıxan və ağır vaxtları unudan qəzəbli kəndlilərdir. Onları İslamdan çox böyük pullar maraqlandırır. Onlar sadəcə din pərdəsi altında gizlənirlər”, - deyə Pamuk vurğulayıb.

Nobel laureatı həmçinin vurğulayıb ki, 90-cı illərdə müəyyən şarma malik olan, marksist və kommunistləri cəlb edən siyasi islam öz cazibədarlığını itirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti