Baş nazir Putinin dəvətini rədd etdi

Baş nazir Putinin dəvətini rədd etdi
  24 Aprel 2015    Oxunub:2895
Yaponiyanın baş naziri Sidzo Abe böyük ehtimalla Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Yapon KİV hökumətdəki mənbələrə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, hazırkı vəziyyətdə rəsmi Tokionun “bu tədbirdə iştirak etməməkdən başqa çıxış yolu yoxdur”. Tədbirə qatılmaqdan imtina edən Yaponiya baş naziri ABŞ-la dostluğun vacibliyini vurğulayacaq. Həmçinin Abenin növbəti həftə ABŞ-a rəsmi səfər edəcəyi gözlənilir.

Eyni zamanda Yaponiyanın Moskvaya xüsusi nümayəndə göndərəcəyi gözlənilir. Nümayəndə Putini ilin sonuna qədər Yaponiya səfər etməyi təklif edəcək.

Qeyd edək ki, daha əvvəl Cənubi Koreya prezidenti Pak Kın He, Xorvatiya prezidenti Kalinda Qrabar-Kitaroviç, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti