Prezident xanımı ilə serial çəkdi - FOTOLAR

Prezident xanımı ilə serial çəkdi - FOTOLAR
  20 Aprel 2015    Oxunub:3684
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan TRT kanalında yayımlanan “Filinta” serialının çəkiliş prosesinə qatılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident serialın rejissoru Gökhan Ərkutun oturacağına əyləşərək çəkiliş prosesini izləyib. Ərdoğan baş roldakı Filinta Mustafa (Onur Tuna) və Qazı Qiyasəddinin (Məhmət ÖZgür) olduğu səhnəni çəkib.

Serial haqda fikirlərini deyən prezident çəkilişlərin dünya standartlarına uyğun aparıldığını deyib: “Bu işdə əziyyət çəkən, rejissordan tutmuş bütün kollektivi təbrik edirəm. Bu günə qədər belə iş görülməmişdi”.

Aktyorlarla söhbət edən prezident serialda Anita von Uilhelm obrazını canlandıran alman əsilli aktrida Uilma Ellesdən həqiqətən xarici olub-olmadığını soruşub.

Aktrisa isə cavabında demək olar ki, türk olduğunu, iyul ayında Tükiyə vətəndaşlığını qəbul edəcəyini deyib. Buna cavab olaraq isə Ərdoğan aktrisanın vətəndaşlıq almasını tezliklə həll edəcəyinə söz verib.

Əminə Ərdoğan isə Uilma Ellesin türk vətəndaşı ilə evli olduğunu və ekiz uşaq anası olmağa hazırlaşdığını xatırladıb və əlavə edib ki, prezident 3 uşaq dünyaya gətirməyin tərfdarıdır. Aktrisa prezidentə belə cavab verib: “Əkiz uşaq gözləyirəm, amma daha iki uşağım olmasını istəyirəm”.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti