Xankəndində çəkilən fotolar “ru-travel.livejournal.com” bloqunda yerləşdirilib.
Qeyd edək ki, Xankəndi 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.
Eldar Tanrıverdiyev