Prezident və xanımına “Bakı-2015”in biletləri verildi

Prezident və xanımına “Bakı-2015”in biletləri verildi
  04 Aprel 2015    Oxunub:2371
Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.

AzVision.az xəbər verir ki, sərgilərlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olunub.

Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunlarının ilk bileti prezident İlham Əliyev alıb. Bu barədə AzVision.az-a Avropa Oyunları 2015-in mədəni tədbirləri üzrə müşaviri Zəhra Bədəlbəyli məlumat vermişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti