Türkiyədə 33 nəfər "donuz qripi"ndən ölüb

Türkiyədə 33 nəfər "donuz qripi"ndən ölüb
  26 Mart 2015    Oxunub:2058
Türkiyədə bu günə kimi 33 nəfər H1N1 virusuna (donuz qripi) yoluxmaq diaqnozu ilə dünyasını dəyişib.
AzVision.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlu agentliyə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, insan tələfatı olsa da, qorxulu epidemiya yoxdur: "Qrip halları ən çox oktyabr və noyabr aylarında başlayıb aprelə kimi daha da artır. 2013-2014-cü illərdə qrip xəstəliyinə yoluxan insanların sayı 2015-ci ilə nisbətən artıq olub. Hətta deyərdim ki, ən pik dövrü yaşamışıq. Qeyd edim ki, 2013-cü ilin noyabr, dekabr aylarında, 2014-cü ilin isə yanvar, fevral və mart aylarında qripə yoluxan insanların sayında artım olub".

M. Müezzinoğlu onu da qeyd edib ki, H1N1 virusu diaqnozu qoyularaq ölənlərin 60 faizi ağciyər xəstəliyindən, eləcə də digər xroniki xəstəliklərdən əziyyət çəkiblər: "Onların yarısı da 65 yaşdan yuxarı olan xəstələr, səhhətində heç bir problem olmadan və sırf bu virusdan ölən 18 nəfər isə 20-25 yaş arasındakı gənclər olub. Virusdan ölənlərin ən çoxu, yəni 9 nəfəri İstanbulda, 7-si Samsun, Ərzurum, Sivas, Mersin və Çanakkaledə qeydə alınıb".

AzVision.az


Teqlər:





Xəbər lenti