Türkiyədə Novruz reklamı qadağan edildi - VİDEO

Türkiyədə Novruz reklamı qadağan edildi - VİDEO
  22 Mart 2015    Oxunub:3106
Türkiyənin Mərkəzi Seçki Komissiyası hakim Ədalət və İnkişaf Partiyasının Novruz bayramı üçün hazırlatdığı reklam çarxının qadağan olunması barədə qərar verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi kimi reklam çarxında türk bayrağı və dini simvolların istifadəsi göstərilib.

Mərkəzi Seçki Komissiyanın qərarına görə əgər çarxdan türk bayrağı və dini simvollar çıxarılsa, reklam yenidən efirə verilə bilər.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə siyasi reklamlarda bayraq və dini simvollardan istifadə qadağandır.




Fatimə Kərimli


Teqlər:





Xəbər lenti