Prezident Moskvada parada qatılacaq

Prezident Moskvada parada qatılacaq
  17 Mart 2015    Oxunub:2983
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı keçirilən parada qatılacaq.

Bu barədə AzVision.az Rusiyanın “İzvestiya” qəzetinə istinadən xəbər verir.

Nəşr vurğulayır ki, mart ayının əvvəlinə olan məlumatlar əsasən artıq 30-a yaxın xarici hökumət başçısının tədbirdə iştirak edəcəyi təsdiqlənib.

“İzvestiya” qəzetinin mənbəsinin sözlərinə görə, Azərbaycan prezidenti ilə yanaşı Moskvadakı parada Tacikistan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Çin, Vyetnam, Şimali Koreya, Hollandiya, Yunanıstan, Misir və İsrail rəhbərləri də qatılacaq

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti