Ramiz Mehdiyevin kitabı ingiliscə səsləndirildi – AUDİOBOOK

Ramiz Mehdiyevin kitabı ingiliscə səsləndirildi – AUDİOBOOK
  16 Mart 2015    Oxunub:2948
AzVision.az saytının təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin `Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri` kitabı ingiliscə səsləndirilib.

Audiokitabı BURADAN endirmək, yaxud, youtube-da dinləmək olar.

Ramiz Mehdiyevin «Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri» adlı araşdırmasında 20 Yanvar qırğınının tarixi, bu dəhşətli cinayətin sosial-siyasi kökləri, xalqımızı 20 Yanvara gətirib çıxaran hadisələr və proseslər içərisindəki ana xətt ilk dəfə obyektiv elmi mövqedən işıqlandırılıb.

Ramiz Mehdiyev öz əsərində belə bir məsələ qoyur ki, nə üçün sovet ordusunun Tbilisidə (1989) və Vilnüsdə (1991) həyata keçirdiyi cəza əməliyyatlarından fərqli olaraq, Bakıda geniş miqyaslı və qəddarcasına qırğın törədilmişdi? Özü də bütün bu qırğınların cəlladı olan Qorbaçov gürcü və Litva xalqlarından üzr istədiyi halda, Azərbaycan xalqından nə üçün üzr istəmədi?
O, ölkəmizə qarşı yürüdülən siyasətin bütün anatomiyasını oxuculara təqdim edə bilib. Özü də həm tarixi, həm də müasir planda, həm konkret faktlar əsasında.





Teqlər:  





Xəbər lenti