Müəllimlərin hicab qadağası ləğv edildi

Müəllimlərin hicab qadağası ləğv edildi
  14 Mart 2015    Oxunub:2016
Almaniya Federal Konstitusiya Məhkəməsi dövlət məktəblərində işləyən müəllimlərə tətbiq olunan baş örtüsü qadağasının ölkə konstitusiyasına zidd olduğunu bəyan edərək ləğv edib.

AzVision.az report-a istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, 2004-cü ildə qoyulan bu qadağa din azadlığını pozur. Məhkəmə iddiası iki müsəlman müəllimə tərəfindən qaldırılmışdı.

Qadağaya səbəb kimi hicabın siniflərdə təfriqəyə səbəb ola biləcəyi və müəllimin neytrallığı barədə sualların yarana biləcəyi göstərilirdi.


Teqlər:





Xəbər lenti