Putinin ata olması ilə bağlı AÇIQLAMA

Putinin ata olması ilə bağlı AÇIQLAMA
  14 Mart 2015    Oxunub:2307
Rusiya prezidenti Vladimir Putinin ata olması ilə bağlı yayılan xəbərlərə prezidentin mətbuat katibi Dmitri Peskov aydınlıq gətirib.
Peskov bildirib ki, Putin ata olmayıb, bu xəbərlər cəfəngiyyatdır.

"Mən pulu olan sahibkarlara müraciət edirəm ki, "ən yaxşı jurnalist yalanı" adlı müsabiqə təşkil etsinlər", - deyə Peskov Alina Kabayevanın övladının olması ilə bağlı xəbəri şərh edərkən bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının keçmiş deputatlarından olan, bədii gimnastika üzrə çempion Alina Kabayevanın övladı olması barədə xəbərlər yayıldı. Xəbərə görə, Putinin uzun müddətdir görünməməsinə səbəb ata olması ola bilər. Belə ki, Kabayeva İsveçrənin Tessin kantonundakı doğum evlərindən birində uşaq dünyaya gətirib. Keçmiş idmançı və deputat bir neçə gün öncə Müqəddəs Anna xəstəxanasında qeydiyyatdan keçib. O, məhz burada övlad dünyaya gətirə bilərdi.


Teqlər:  





Xəbər lenti