"Kurtlar Vadisi" izləyicilərinə şad xəbər

"Kurtlar Vadisi" izləyicilərinə şad xəbər
  13 Mart 2015    Oxunub:8189
Türkiyədə yayımlanan məşhur “Kurtlar Vadisi Pusu” serialının bu il bitəcəyi ilə bağlı yayılan xəbərlər təkzib edilib.
AzVision.az xəbər verir ki, bu barədə serialın rəsmi Facebook səhifəsində məlumat yayılıb.

`İnternet saytlarında “Kurtlar Vadisi bitir” başlığı ilə xəbərlər yayılıb və iddia edilib ki, “Polat Alemdar” yorulub və buna görə də bu mövsüm serial bitir. Bu xəbər qətiyyən həqiqəti əks etdirmir. `Panafilm`in təşkilatçılğı ilə çəkilən serialın başa çatdırılması müzakirə mövzusu deyil`-deyə məlumatda bildirilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti