Erməni idmançılar Bakıya gəlməkdən qorxdular
"Mən yetirmələrimi Bakıya aparmağı fikirləşmirəm. Qoy, ora Bakıya getmək qərarını verənlər getsinlər. Ancaq bu o demək deyil ki, Bakıya erməni boksçuları getməyəcək. Boks Federasiyasında Bakıda doğulan və Azərbaycana getmək arzusu ilə alışıb-yanan çoxlu şəxslər var. Qoy, elə onlar da ora getsin. Mənim boksçularımın orda heç bir işi yoxdur. Əminəm ki, erməni boksçuları ilk döyüşdəcə yarışdan kənarda qalacaqlar. Onları ilk döyüşdə döyəcəklər", -deyə David Torosyan bildirib.
Qeyd edək ki, Ermənistan Olimpiya Komitəsi yayda Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak qərarı versə də bu bir çox erməni idman məşqçilərinin xoşuna gəlməyib. (Ans)







Vaxtında, Aydın, Lazımlı!


