Elmar Məmmədyarov Rusiyaya getdi

Elmar Məmmədyarov Rusiyaya getdi
  21 May 2013    Oxunub:1384
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfərə yol düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur.

Nazirlər ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər.

E. Məmmədyarov Naməlum Əsgərin Abidəsini ziyarət edəcək, önünə əklil qoyacaq. Səfər zamanı sənədlərin imzalanması gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti