Eks-prezidentin həbsinə order verildi

Eks-prezidentin həbsinə order verildi
  11 Mart 2015    Oxunub:1484
İslamabad məhkəməsi Pakistanın sabiq prezident Pərviz Müşərrəfin həbs olunmasına order verib.
TASS informasiya agentliyi xəbər verir ki, hakimlər bu qərarı keçmiş prezidentin 2007-ci ildə xüsusi təyinatlı dəstənin Qırmızı məscid adı ilə tanınan Lal-Məscidə hücumu zamanı din xadimi Abdul Rəşid Qazinin öldürülməsi işi üzrə növbəti məhkəmə iclasına gəlməməsindən sonra çıxarıblar.

Hakimiyyətin əmri ilə həyata keçirilən həmin hücum əksəriyyəti məsciddəki mədrəsənin tələbələri olmaqla, 100 nəfərə yaxın insanın ölümü ilə nəticələnmişdi. Öldürülənlər arasında məscidin imamı Qazi, onun anası və qohumu da olub. Bununla bağlı 2013-cü ilin əvvəllərində əsas fiqurlarından biri Pərviz Müşərrəf olan cinayət işi açılıb.

Sabiq prezident, həmçinin 2007-ci ildə baş verən iğtişaşlar zamanı ölkədə fövqəladə vəziyyət elan etməkdə və Konstitusiya Məhkəməsinin fəaliyyətini dayandırmaqda ittiham olunur.


Teqlər:





Xəbər lenti