Moskvada naməlum şəxs insanları girov götürüb

Moskvada naməlum şəxs insanları girov götürüb
  10 Mart 2015    Oxunub:2087
Rusiya DİN-inin muzeyində naməlum şəxs vətəndaşları girov götürüb.
AzVision.az-ın məlumatına görə, bu barədə “Moskva” agentliyi hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir.

“Hadisə yerinə operativ xidmətlərin əməkdaşları cəlb olunub. Məlumatlar dəqiqləşdirilir”, - deyə mənbə agentliyə vurğulayıb.
DİN-in muzeyində qadını girov götürən şəxsin onun həyat yoldaşı olduğuna dair məlumat yayılıb. Onun qadını azad etdiyini bildirilir.

Rusiya Daxili İşlər Nazirinin Mərkəzi Muzeyi Moskvanın mərkəzi küçələrindən biri olan Seleznevsk küçəsində yerləşir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti