Komitə sədri vətəndaşları qəbul edəcək

  20 May 2013    Oxunub : 619
Komitə sədri vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 24 may 2013-cü il tarixində, saat 12:00-da Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşlar üçün açıq qəbul keçirəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 24 may 2013-cü il tarixində, saat 12:00-da Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşlar üçün açıq qəbul keçirəcək. Qəbulda Gəncə ilə yanaşı, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Goranboy, Göygöl, Daşkəsən, Tovuz, Kəlbəcər rayonları və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

(Əlaqə üçün - DQİDK-nın bölgə şöbə müdiri: Firdovsi Kərimov

Tel: (022) 256-91-14)

AzVision.az

Teqlər: