Sabiq nazir həbs edildi

Sabiq nazir həbs edildi
  08 Mart 2015    Oxunub:2621
Fransanın "Boz kardinalı" kimi tanınan Klod Geana saxlanılıb.
Bu barədə Fransanın "BFM TV" telekanalı xəbər verib.

Fransa Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Klod Geana keçmiş prezident Nikolya Sarkozi ilə bağlı istintaq işi üzrə ittiham irəli sürülüb.

Müstəntiqlərin açıqlamasına görə, Klod Gean vergi ödəməməkdə və Nikolya Sarkozinin 2007-ci ildə seçkiqabağı kampaniyasının Liviya lideri Müəmmər Qəddafi tərəfindən mümkün maliyyələşdirilməsi zamanı "çirkli pulların yuyulmasında" ittiham olunur.

İstintaq Klod Geanın bank hesabındakı 500 min avronun qeyri-qanuni yolla əldə olunduğunu iddia edir. Məmur həmin vəsaitin öz şəxsi kolleksiyasından iki rəsm əsərinin satılması nəticəsində əldə olunduğunu iddia edir. Lakin əsərlərin real dəyəri elan edilən məbləğdən xeyli aşağı olduğu müəyyən edilib.

Klod Gean son üç ildə üçüncü dəfədir saxlanılır. O, 2013-cü ildə korrupsiya qalmaqalı, 2014-cü ildə isə “Adidas” şirkəti ilə bağlı iş üzrə istintaqa cəlb olunmuşdu. (Ans)


Teqlər:  





Xəbər lenti