Nemtsovun qətli ilə bağlı daha iki nəfər tutuldu

Nemtsovun qətli ilə bağlı daha iki nəfər tutuldu
  08 Mart 2015    Oxunub:2249
Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən daha iki nəfər saxlanılıb.
Bu barədə İnquşetiyanın Təhlükəsizlik Şurasının katibi Albert Baraxoyev RİA Novosti-yə məlumat verib.

O bildirib ki, bundan əvvəl həbs olunan Zaur Dadayev Çeçenistan Respublikası DİN-in “Sever” batalyounun alay komandirinin müavinidir, Anzor Qubaşev isə Moskvada özəl təhlükəsizlik şirkətlərindən birində çalışır. Şübhəli qismində yeni həbs edilənlərdən biri hadisə zamanı Zaur Dadayevin maşınında olub, digəri isə Anzor Qubaşovun kiçik qardaşıdır.

Bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov B.Nemtsovun öldürülməsində şübhəli bilinən iki nəfərin həbs edildiyini demişdi. Bunlar Anzor Qubaşov və Zaur Dadayevdir.

Qeyd edək ki, Rusiya Baş nazirinin keçmiş müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov fevralın 28-i gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsündə qətlə yetirilib.


Teqlər:  





Xəbər lenti