İranın XİN-i Azərbaycana dəvət göndərib

İranın XİN-i Azərbaycana dəvət göndərib
  20 May 2013    Oxunub:1234
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edib
Bu gün Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev nazirlikdə mətbuat konfransı keçirib. AzVision.az xəbər verir ki, nazirlik rəsmisi bildirib ki, İran xarici işlər naziri Əli Əkbər Salehi bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edib. E. Abdullayev bildirib ki, telefon danışığı zamanı nazirlər iki ölkə arasındakı əməkdaşlığa dair münasibətləri müzakirə ediblər, qarşılıqlı maraq doğuran regionla bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

“Şeyx həzrətlərinin İrana səfəri və keçirdiyi görüşlər barədə müzakirələr aparılıb. İran xarici işlər naziri Əli Əkbər Salehi yaxın vaxtlarda Azərbaycana səfərə gəlmək istədiyini deyib”

Elman Abdullayevin sözlərinə görə, mayın 29-da rəsmi Tehranda Beynəlxalq Suriya toplantısının keçiriləcək. “Qeyd etmək istəyirəm ki, tədbirdə Azərbaycan tərəfinin iştirakı üçün İranın Xarici İşlər Nazirliyinin Azərbaycanın Xarici İşlər Nazirliyinə rəsmi dəvət göndərib”

Anar


Teqlər:  





Xəbər lenti