Sumqayıtda yol qəzası: ölən və yaralananlar var

Sumqayıtda yol qəzası: ölən və yaralananlar var
  20 May 2013    Oxunub:1703
Sumqayıtda baş verən ağır yol qəzası ölümlə nəticələnib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 19-da Sumqayıt şəhərinin ərazisində şəhər sakini Aşur Məmiyev idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə Məmiyevin sərnişini, anası Urqiyyə hadisə yerində ölüb. Xəsarət almış özü və digər sərnişini, şəhər sakini Hətəmxan Quliyev isə xəstəxanaya yerləşdiriliblər.

Qəza ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti