Sumqayıtda Rok festivalı keçirilib

Sumqayıtda Rok festivalı keçirilib
  20 May 2013    Oxunub:1317
Festivalda bir neçə rok qrupundan 30-a yaxın ifaçı iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rok Festival-gənc rokçulara dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində Rok Festivalı keçirilib.

Azvision.az-ın məlumatına görə, Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutan Festivalı layihənin icraçısı, “sumqayitxeber.com” saytının direktoru Eyvaz Qocayev açaraq bu layihəni dövlətimizin mədəniyyətin bu sahəsinə, eləcə də gənclərə ayırdığı diqqətin göstəricisi kimi xarakterizə edib. Layihənin məqsədi barədə mətbuata amıqlamasında E.Qocayev qeyd edib ki, festivalın məqsədi gənc rok ifaçılarının tanıdılması, onları gələcək fəaliyyətə stimullaşdırmaqdır:

“Sumqayıt şəhəri ölkəmizdə rokun məskəni hesab olunur və bir zamanlar çox tanınmış rok qrup və ifaçıları məhz Sumqayıtdan çıxıb. Hazırda da kifayət qədər peşəkar və həvəskar rok ifaçıları vardır ki, festival çərçivəsində onların öz istedadlarını nümayiş etdirməsi üçün şərait yaradılacaq. Rok festivalının keçirilməsini istedadlı gənc rok ifaçıların həvəsləndirilməsi ilə yanaşı həm də roka marağın artırılması baxımından önəmli hesab edirik.”

Daha sonra rokçuların ifaları dinlənilib.

Xatırladaq ki, festivalda Bakı və Sumqayıtdan olan “Bəndə”, “Sirr”, “Shadow”, “28 May”, “Bakı”, “Sahil”, “Sirat”, “Mozalan”, “5:59” qrupları olmaqla ümumilikdə 30 dan çox ifaçı iştirak edib.


Teqlər:





Xəbər lenti