”Anamla danışmasam, buraxıldığına inanmaram”

”Anamla danışmasam,  buraxıldığına inanmaram”
  20 May 2013    Oxunub:910
Anamın buraxılması xəbərinə özü ilə danışdıqdan sonra inana bilərəm
Bu sözləri AzVision.az saytına Xalidə Xalidin oğlu Xalid Məmmədli anasının buraxılması xəbəri haqqında danışarkən deyib. Anasının buraxılması xəbərini televiziyadan eşitdiyini deyən Xalid Məmmədli hələ də rəsmi qurumların onlarla əlaqə saxlamadığını bildirib :
“Biz yalnız anamdan zəng gələndən sonra inana bilərik ki, anam doğurdan da azadlığa buraxılıb. Hələ ki, rəsmi qurumlardan bizə heç bir məlumat verilməyib. Nə zaman buraxılacağı haqqında heç bir məlumat əldə edə bilməmişik”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunmuşdu. İran tərəfi alimi casusluqda ittiham edirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin İrana rəsmi səfərindən sonra Xalidə Xalid və sürücüsü ötən gün azadlığa buraxılıb.

Şahanə RƏHİMLİ

Teqlər:  







Xəbər lenti