İsrail səfirindən önəmli Qarabağ açıqlaması

İsrail səfirindən önəmli Qarabağ açıqlaması
  02 Mart 2015    Oxunub:2137
İsrailin Ermənistandakı səfiri Şumel Meyrom “News.am” portalına müsahibə verib.

AzVision.az-ın məlumatına görə, erməni jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual da ünvanlayıb.

-İsrail Azərbaycana silah satan ölkələrdən biridir. İlin əvvəlindən bəri Qarabağ münaqişəsi zonasında xeyli sayda insidentlər yaşanıb. Sizin fikrinizcə, münaqişə zonasında gərginliyin azaldılması üçün nə lazımdır?

-Həm Dağlıq Qarabağ, həm də İsrail-Fələstin münaqişəsində olduğu kimi biz hesab edirik ki, yalnız tərəflər arasında birbaşa danışıqlar münaqişənin həll edilməsi ilə nəticələnə bilər. Ona görə, də biz belə görüşlər üçün təşəbbüs göstərən ATƏT-in Minsk qrupunu dəstəkləyirik.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti