İlham Əliyev baş nazirlə görüşüb

İlham Əliyev baş nazirlə görüşüb
  20 May 2013    Oxunub:734
Prezident İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandığı görüşdə ikitərəfli münasibətlərin Azərbaycan Avropa İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Sonra danışıqlar işçi nahar zamanı davam etdirildi.

Teqlər:  







Xəbər lenti