İŞİD erməniləri qorxuya salıb

İŞİD erməniləri qorxuya salıb
  28 Fevral 2015    Oxunub:3262
İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşması Ermənistan üçün ciddi təhlükədir.
Bu fikri İrəvan Dövlət Universitetinin teologiya fakültəsinin müəllimi, parlamentin keçmiş duputatı Vardan Oskanyan bildirib.

Şimali İraq kürd muxtar bölgəsinin mərkəzi Ərbil şəhəri ilə İrəvan arasında təyyarə reyslərinin başlaması məsələsinə toxunan Vardan Xaçatryan İŞİD-in maraqlı olduğu zona ilə əlaqə qurmağı çox təhlükəli sayıb: “İş o yerə çatıb ki, onlar artıq İstanbul istiqamətinə atəş açırlar, Yunanıstana gedib orada hərbi əməliyyatlara başlamaq istəyirlər”.

Vardan Xaçatryanın fikrincə, İŞİD Ermənistana hədəf kimi baxır: “Xilafətin yaranmasında əsas maneələrdən biri Ermənistan dövlətidir”. (Anspress)


Teqlər:  





Xəbər lenti